Məqsəd və missiyamız

“Təhlükəsizlik” anlayışının çox sayda izahı vardır. Lakin bu izahlardan yalnız biri tamamilə dəqiqdir: təhlükəsiz – yəni, təhlükənin əksi. Bu anlayışı real məna ilə dolduran bir çox amillər mövcuddur. Əlbəttə ki, təhlükəsizliyin təminatına, mühafizə olunan obyektdən təhlükənin sovuşdurulmasına iddialı olanlar bu məqamın yüksək tələblərinə cavab verməlidirlər.

“Safe Life LLC” firması, öz fəaliyyətinin fəlsəfəsi olaraq, məhz Maksimal Təhlükəsizliyi hesab etdiyini potensial müştərilərinin nəzərinə çatdırmağı özünə bir borc bilir. Yanğın, alovlanma, yanğın ocağı, coşan alovun dilləri, bəd niyyət, oğurluq, qarət – bütün bunlar o şeylərdir ki, yaranmalarına və ya yayılmalarına “Safe Life” imkan vermək istəmir. Belə hadisələrin fors-major formada meydana çıxmaları halında isə Şirkətimiz onların vura biləcəkləri zərəri minimuma endirməyə çalışır. Bütün bu məsələlərdə “Safe Life”ın böyük iş təcrübəsi və gördüyü işə məsuliyyətli və keyfiyyətli şəkildə yanaşması böyük rol oynayır.

“Safe Life” şirkəti özünün bu menecment fəlsəfəsini - yerinə yetirilən işə institusional, köklü yanaşma ilə, personalın seçilməsinə, onun təliminə, səriştəlilik səviyyəsinin artırılmasına yüksək tələblə, ən qabaqcıl texnikanın, proqram təminatının tədarük və tətbiqi ilə təsdiq edir. “Safe Life”ın şüarı – “A”dan “Z”dək obyektin əhatə edilməsidir.

Həyatın, sağlamlığın və əmlakın təhlükəsizliyinin təmin edilməsi üzrə konkret məqsədlərin həyata keçirilməsi üçün tətbiq edilən protokollar - operativliyin, məntiqin və effektivliyin dəqiq ahəngi üzərində bərqərar olmuşdur. “Safe Life” öz səhvləri üzərində öyrənmək üçün yox, problemləri apriori – yəni, əvvəlcədən, “təcrübədən keçənə qədər” həll etmək üçün işçi heyətlə daim treninqlər keçirir.

Şirkətimizin fəaliyyətində mühüm yerlərdən birini də həm işçi heyətin, həm də ki, firmanın menecmentinin real və keyfiyyətli sertifikatlaşdırılması tutur. Sizə xidmət edən şirkətin təcrübəsi, keyfiyyəti, effektivliyi, operativliyi, müasirliyi, peşəkarlığı və vicdanlı işi – Sizin və Sizin yaxınlarınızın təhlükəsizliyinin, Sizin və onların sağlamlığının, əmlakınızın qorunmasının rəhnidir.

Heç bir insan mütləq təhlükəsizliyə zəmanət verə bilməz. Lakin elə qurumlar vardır ki, MAKSIMAL şəkildə mümkün ola bilən təhlükəsizliyə zamin ola bilirlər. 

“Safe Life”ı seçin! Təhlükəsiz həyatı seçin!