OHSAS 18001


14

OHSAS 18001 haqqında

OHSAS 18001 menecment sistemi nədir?
Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir.Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir.

OHSAS 18001 standartı sağlamlıq və təhlükəsizlik menecment sisteminin inkişafı üçün səmərəli menecment təcrübəsini təqdim edir. O bütün işçilər və biznes fəaliyyətinin birbaşa təsirinə məruz qalmış başqa şəxslər üçün yüksək səviyyəli peşə təhlükəsizliyini təmin edən bir mexanizmdir.

OHSAS 18001-ın məqsədi
Bu standart təşkilat üçün gündəlik fəaliyyətlərdən və ya fəlakət şəraitindən doğa bilən yüksək risk faktorlarını nəzarətdə saxlamaq və idarə etmək üsullarını nümayiş etdirir.

OHSAS 18001 kimə lazımdır?
Bu standartlar silsiləsi təşkilat üçün beynəlxalq miqyasda tanınmış OHSAS 18001 stadartının prinsiplərinə uyğun olaraq menecment sistemini həyata keçirmək və sertifikat əldə etmək imkanı verir. Bu standartı həyata keçirməklə təşkilat nümayiş etdirir ki, o işçilər və fəaliyyətləri ilə əlaqədar olaraq peşə sağlamlığı təhlükəsinə məruz qala biləcək digər tərəflər üçün risklərin aradan qaldırılması və ya ən azından minimuma endirilməsi məqsədilə peşə sağlamlığı və təhlükəsizliyi menecment sistemini təşkil etmək arzusundadırOHSAS 18001-ın prinsipləri

Əməyin təhlükəsizliyi və peşə sağlamlığı menecment sistemi Deminq davamlı təkmilləşmə dairəsinə əsaslanır - Planlaşdır, Yerinə yetir, Yoxla və Hərəkət et, bunlar isə öz növbəsində növbəti dörd fəaliyyət istiqamətini özündə birləşdirir:
- Əməyin təhlükəsizliyi və peşə sağlamlığı siyasəti 
- Planlaşdırma, tətbiq və hərəkət 
- Nəzarət, qiymətləndirmə və korrektiv hərəkətlər 
- Menecment icmalı

Faydalar
OHSAS 18001 sertifikatı təşkilatınızın işçilərinizin sağlamlığı və təhlükəsizliyi barədə düşündüyünüzü və bü sahədə maraqlı olduğunuzu nümayiş etdirir. Təşkilatınızın əməyin təhlükəsizliyi və peşə sağlamlığı kimi məsələlərdə marağı olduğunu nümayiş etdirmək sizin müvəffəqiyyətinizə müsbət təsir göstərərək aşağıdakı faydaları verəcək:
- Sizin təhlükəsizlik mədəniyyətinizi inkişaf etdirəcək dəqiq məqsədlərin müəyyənləşdirilməsi, təşkilat daxilində məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti təmin edərək risklərin azaldılması 
- Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin azaldılması 
- Əməyin təhlükəsizliyi sahəsində qanun tələblərinin yerinə yetirilməsi 
- Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının və sonradan aradan qaldırma kimi reaktiv menecment strategiyası ilə əlaqədar xərclərin azalması 
- İş yerlərinin təhlükəsizliyinin/keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının və təşkilatın dəyərlərinə bağlılığının artması 
- Sığorta risklərini azaldılması 
- Korporasiyanızın imicinin inkişaf etdirilməsi