Hidrantların və yanğın əleyhinə su kəmərlərinin quraşdırılması

hidrantSon zamanlar yanğın söndürmənin alternativ sistemlərinin geniş şəkildə ihkişaf etməsinə baxmayaraq, alovun söndürülməsi işində ən çox istifadə edilən vasitə - sudur. Bir çox hallarda məhz su bilavasitə söndürmə agenti kimi tətbiq edilir, bir başqa halda sudan insanların həyatını və sağlamlığını istilik şüalanmasından qorumaq üçün “su divarının” yaradılması üçün istifadə edilir, digər halda isə çox mürəkkəb yanğın vəziyyətində suyun dispersiyası vasitəsilə alınan su tozu əvəzsiz yanğınsöndürmə agenti kimi çıxış edir, daha sonra yanğın fəlakətinin miqyasının böyüməsinin qarşısını almaq üçün yanan konstruksiyaların soyudulması işində də su köməyə çatır.

Lakin bütün bu yuxarıda qeyd olunmuş hərəkətləri obyektdə xüsusi su ehtiyatlarının və bu suyu istifadə nöqtəsinə çatdırmaq üçün lazım olan kommunikasiyaların olmaması halında həyata keçirmək mümkün deyildir. Hətta sudan sadəcə bir yanğın söndürmə agenti kimi də istifadə edildiyi təqdirdə belə, uğurlu yanğınsöndürmə əməliyyatı keçirmək üçün yanğın çəninin, yanğın su kəmərinin və yanğın hidrantlarının (yanğın söndürmək üçün su kəməri şəbəkəsindən suyun götürülməsi üçün lazım olan qurğu) olması zəruridir.

Adətən adamlar düşünürlər ki, yanğınsöndürən maşında həmişə su ehtiyatı vardır. Lakin əslində yanğınsöndürən maşında çox kiçik həcmdə su olur ki, bu da böyük miqyaslı yanğınla mübarizə aparmaq üçün yetərli deyildir. Alovla müvəffəqiyyətli şəkildə mübarizə aparmaq üçün yanğınsöndürənlər komandası maşına fasiləsiz şəkildə su vurmalıdır. Bunu etmək üçün isə hidrantlara qoşulmaq lazımdır. Obyektdə yanğın baş verdiyi təqdirdə onu bütün mümkün yollarla söndürmək üçün, orada strateji su ehtiyatının yaradılması vacibdir.

“Safe Life” şirkətinin mütəxəssisləri yanğın əleyhinə daxili su kəmərinin layihələşdirilməsini, quraşdırılmasını, texniki xidmətini və həmçinin suyu vurmaqla bağlı sınaqdan keçirilməsi işlərini yerinə yetirirlər.