İSO 9001:2008


7

İSO 9001:2008 HAQQINDA

İSO 9001:2008 nədir? 
İSO 9001 hər hansı bir iş və ya təşkilatda effektiv menecment təcrübəsi üçün, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir.

Daxili faydalar (təşkilatın daxili mədəniyyəti və iş təcrübəsi)
- problemləri daha yaxşı həll etmə 
- mükəmməl məhsuldarlıq 
- azaldılmış xərclər 
- şəxsi heyətdə mükəmməl ruh yüksəkliyi - daha yaxşı komunikasiya 
- mükəmməl gəlirlilik

Xarici faydalar (müştərilərlə əməkdaşlıq və yeni işlər üçün potensial)
- mükəmməl məhsul və xidmət keyfiyyəti 
- müştərilərlə daha yaxşı əlaqələr 
- təklifdən kənarlaşdırılmaqdan yayınmaq 
- keyfiyyət üçün narahatçılıq numayiş etdirmə

İSO 9001 nə üçün və kimə lazımdır?
Hər yerdə, bütün təşkilatların müştəriləri vardır. Bu təşkilatların əsas məqsədi yüksək səviyyəli xidmət göstərməklə müştərilərin loyallığını qoruyub saxlamaq və gücləndirməkdir. İSO 9001:2008 sertifikatı bu məqsədə çatmaq üçün çox böyük imkan verir.

Sizin müştəriləriniz sizdən İSO 9001:2008 sertifikatına malik olmağınızı tələbə edə bilər. Lakin, əgər siz həqiqətən də biznesinizin böyük uğur və gəlirliliklə işləməsini təkmilləşdirmək imkanını əldə etmək istəyirsinizsə, o zaman Keyfiyyət Menecmenti Sistemini tətbiq etmək ən yaxşı qərardır. Yadda saxlayın ki, İSO 9001 hər şeyi həll etmir. Lakin o müştərilərə xidmət və müştərin loyallığını artırmaq üçün ən yaxşı vasitədir.