Şirkət haqqında

2007-ci ildə əsası qoyulan "Safe Life" MMC yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışını, yanğın və mühafizə siqnalizasiyası; sulu, qazlı, köpüklü yanğın söndürmə sistemlərinin; kamera-nəzarət və girişə nəzarət sistemlərinin; yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını; yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin quraşdırılmasını, texniki baxışını və təmirini; bina avtomatlaşdırılması və  elektronik sistemlər, bir operativ sistemə bir neçə sistemin integrasiyası; ağıllı ev sistemi; yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlərlə təchiz edilməsini həyata keçirir. Həmçinin yuxarıdakı fəaliyyət növlərinə görə “Safe Life” MMC şirkəti Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malikdir.

"Safe Life" MMC şirkəti müştərilərinə istehsalında son texnologiyalara əsaslanan və keyfiyyət standartlarına cavab verən Avropa və Amerika  şirkətlərinin məhsullarını təqdim edir. Beləki, “Safe Life” MMC şirkəti Siemens  AG, Schrack-Seconet AG, Samsung Techwin, AES Corporation, MSA, Nedap, BSH İnternational Luft and Klima, Pyronix, TOA Electronics, Automatic Systems, ACİ FARFİSA İntercoms, Iveco Magirus Brandschutztechnik GmbH, Pojtexnika, Argus-Spektr, Poliservis, Fetaş, Mavili Electronics, Honeywell, Grundfos, Tyco İnternational Ltd, Eaton, Dalğıc, Multiguide GmbH, Mobotix AG, Aypro və başqa şirkətlərin Azərbaycanda tək və yeganə distributorudur. “Safe Life” MMC şirkəti yalnız yüksək keyfiyyət sertifikatlarına malik olan avadanlıqları və bir çox tanınmış avropa firmalarının məhsullarını ölkəmizdə təqdim etməkdədir.