Korporativ Sosial Məsuliyyət

“Safe Life” şirkəti fəaliyyət göstərdiyi müddət boyunca “Sosial məsuliyyət” anlayışına xüsusi diqqət ayıraraq, ona şirkət fəlsəfəsinin ayrılmaz bir hissəsi kimi baxmışdır. Şirkətin təqdim etdiyi xidmətlər təhlükəsizliyin təmin olunması üzərindən təklif olunaraq özündə bir çox sosial elementləri əks etdirir. Həyatın təhlükəsizliyinin təmin olunmasında peşəkar komandanın və yüksək keyfiyyətli, funksionallı texniki bazanın olması vacib məqamlardan biridir.

Hər bir fəaliyyət sahəsində işçi faktoru şirkətin uğurunun aparıcı elementidir. Təqdim olunan hər bir xidmət sahəsi cəmiyyət və insanların təhlükəsizlik anlayışına yanaşmalarından asılıdır. Bu baxımdan, “Safe Life” şirkəti işçilərin peşəkar səviyyəsinin artırılması, maddi texniki bazanın inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirir. Müştərilərə təqdim olunan xidmətlər və gündəlik iş fəaliyyətində Sağlamlıq və Təhlükəsizlik kodeksi üzrə bütün tələblərə riayət olunur. Reallaşdırdığı xidmətlərə uyğun olaraq ətraf mühitin qorunması, ekoloji məsələlər daim diqqət mərkəzində saxlanılmaqdadır. Yanğın söndürmə sistemlərinin, mühafizə və nəzarət sistemlərinin tətbiq olunması zamanı ətraf mühit daim olaraq nəzərə alınır.

“Safe Life” şirkətinin həyata keçirdiyi layihələrin müxtəlifliyi və coğrafi əhatəliyi geniş olmaqla müxtəlif mürəkkəblikdə olan fəaliyyətlərin reallaşması üçün cəlb olunan yeni işçilər, işlə təmin olunmaqla bərabər, peşəkar kimi inkişaf etmə imkanı əldə etmiş olurlar. Əməkdaşlıq etdiyi bir çox dünyaca məşhur şirkətlərin aparıcı mütəxəssisləri daima öz təcrübəsi ilə paylaşır, mütəxxəssislərin artan temp üzrə inkişafına yardım edir.

“Safe Life” şirkəti sosial məsuliyyət fəaliyyəti çərçivəsində həyata keçirdiyi layihələrdən biri də “Azərbaycan Respublikası Memarlar İttifaqı” ilə əməkdaşlığa başlanmasıdır. Əməkdaşlıq çərçivəsində “Safe Life” şirkəti gənc memarlara yardım edir, Azərbaycan memarlarının tanıdılmasına öz töhvəsini vermiş olur.