Yanğın təhlükəsizliyi sistemləri (Yanğın siqnalizasiyası)

Yanğın siqnalizasiyasının vasitələri yanğının ilkin mərhələdə aşkar edilməsi və yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalını ötürmək və lazım olarsa avtomatik söndürmə və tüstüsovurma sistemlərinin işə salınmasıdır. Yanğın siqnalizasıyası yanğının ilkin əlamətlərinə (tüstü, istilik, alov) reaksiya verir.

Yanğın mühafizə siqnalizasiyasi isə özündə həm mühafizəni (qapı və ya pəncərənin açılması), həm də yanğına aid funksiyaları birləşdirir. Yanğın siqnalizasiyasının quraşdırılması hissədən ibarətdir - avtomatik (tüstü, istilik və kombinə edilmiş) yanğın xəbərvericiləri, manual yanğın xəbərvericiləri, avtomatik və manual yanğın xəbərvericiləri.

Yanğın siqnalizasıyasının əsas elementləri aşağıda göstərilənlərdir:

  • yanğın xəbərvericiləri
  • qəbul-nəzarət cihazları
  • yanğın siqnalizasiya şleyfləri
  • idarəetmə cihazları
  • xəbərvericilər
  • məlumatların ötürülməsi sistemi
  • retroötürücülər
  • axırıncı pult cihazları
  • mərkəzi monitorinq pultları

Ünvanlı  yanğın siqnalizasiya sistemi – yanğın siqnalizasiyasının texniki vasitələrinin toplusunu təşkil edir və yanğın zamanı ünvanlı qəbul nəzarət cihazında otaqları mühafizə edən avtomatik və manual ünvanlı yanğın xəbərvericiləri vasitəsilə “Yanğın” siqnalının avtomatik və ya manual şəkildə işə salınmasını təmin edir.

* Safe Life şirkəti, məhsulları təqdim olunan markaların, Azərbaycanda rəsmi nümayəndəsidir

Məhsullarını təklif etidyimiz markalar

siemens simplex mavili-mavigard schrak
arqus-spektr honeywell 230  system sensor 230  utc 230 
 unipos 230 70