Kamera nəzarət sistemləri

Video müşahidə kameraları rəqəmsal və analoq kameralarına bölünürlər. Onların əsas fərqi: rəqəmsal kameralar bütövlüklə avtonom video müşahidə sistemləridir – kameralar kronadan, qəbuledici 5 voltlu noutbuk və ya kompyuterdən qidalanır.

Rəqəmsal kameraların üstünlükləri:
  • sürəti ( kamera kronadan, qəbuledici USB portdan)
  • yüksək keyfiyyətli çəkiliş imkanları 
  • 4 ədədə qədər kameraların quraşdırıması
  • hərəkət dedektorlarının olması (lyuks komplekt)
Analoq kameralarının üstünlükləri:
  • qiymətinin münasib olması
  • sistemin asan və qısa vaxt ərzində qoşulması
Rəqəmsal kameraların mənfi cəhətləri:
  • yüksək qiymət
  • qoşulması daha çox vaxt aparır
Analoq kameralarının mənfi cəhətləri:
  • qəbuledici blok 220 voltdan qidalanır
  • bir otaqda ikidən çox kameranın quraşdırılması kanalların yüklənməsi ehtimalını artırır
  • məlumatları videomaqnitofona və ya kompyuterə yalnız əlavə cihazların köməkliyi ilə yazır

Naqilli kameraların hər biri gücləndiriciyə qoşulduqda naqilsiz ola bilər. Düz istiqamətdə videosiqnalın radiokanalla ötürülmə məsafəsi maksimum 3 km ola bilər. Lakin video təsvirin naqillər vasitəsilə ötürülmə məsafəsini transmiter video siqnal gücləndiricisi vasitəsilə artırmaq da olar (600 m qədər). Bu zaman video təsvir və kameranın qidalanması naqillər vasitəsilə “vitay cütlük”lə ötürüləcək.

* Safe Life şirkəti, məhsulları təqdim olunan markaların, Azərbaycanda rəsmi nümayəndəsidir

Məhsullarını təklif etidyimiz markalar

 

samsung                          mobotix         honeywell 230 hikvison 230 
 utc 230