Girişə nəzarət sistemləri (Access control)

Girişə nəzarət sistemləri qəliz və çox planlı elektron sistemlərdir. Mexaniki kilidli adi qapılar və ya keşikçili mexaniki turniketlər də girişə nəzarət sistemlərinə aid edilə bilər, lakin hər qapıda keşikçinin olması mümkün olmur. Bu zaman köməyə girişə nəzarət sistemləri gəlirlər ki, onlar əsasən mühafizə olunan zonalara və otaqlara icazəli və təyinatlı girişləri mümkün edir.

Müasir DMS-nin inkişafının əsas istiqaməti, onların intelektualizasiyası, yəni toplamda mümkün maksimum dərəcədə funksiyaların ötürülməsi, məlumatların emalı və həllərin kompyuterlər və DMS-nin mexanki vasitələri ilə tapılmasıdır. Nəticədə, müasir DMS dedikdə, proqramlaşmış texniki vasitələr və təşkilati metodik tədbirlər başa düşülür ki, onların vasitəsilə nəzarət məsələsi və ayrı-ayrı otaqlara girişlərin idarə olunması və hətta işçi heyətin obyektin hər hansı sahələrində olmaları və müddəti ilə bağlı məsələlər öz həllərini tapırlar.

Hal-hazırda avtomatik girişə nəzarət sistemlərindən müxtəlif təyinatlı müəssisələrdə geniş istifadə edilir: ofislər, banklar, mağazalar və istehsalat sahələrində. Girişə nəzarət sistemlərinin ən sadə vasitələri şifrəli panellər və avtonom hesab kartlarıdırlar. Girişə nəzarət sistemlərinin icraçı vasitələri kimi müxtəlif növlü elektrik kilidlər, turniketlər və avtomatik qapılardan istifadə edilə bilər.

Girişə nəzarət sistemlərinin bəzi vasitələri aşağıda göstərilmişdir:

  • şifrəli klaviatura
  • ştrix-şifrə
  • elektron açar
  • maqnit kartlar
  • Weigand kartları
  • kontaktsız Proximity kart və ya brelokları
  • radiokanal
  • İQ breloklar
  • smart-kartlar
  • müəyyən edən biometrik sistem

Şəbəkə nəzarət sistemlərinin yuxarıda qeyd edilənlərdən əsas fərqi ondadır ki, onlar vasitəsilə istifadəçi üçün giriş nəzarət sistemlərinin funksiyalarının həyata keçməsi daha asan olur. Və bu zaman yalnız bir istifadəçi deyil, hətta mühafizə sisteminin rəisi və ya növbətçi operator DMS-dən dərhal əməkdaşların gəlmələri və getmələri haqqında məlumatları əldə edə bilir. Və yalnız onlar deyil, həmçinin şirkət rəhbərliyi və ya mühasibatlıq müntəzəm olaraq, hər iş ayının sonunda DMS-dən hər əməkdaş haqqında məlumat vərəqəsi əldə edir.

* Safe Life şirkəti, məhsulları təqdim olunan markaların, Azərbaycanda rəsmi nümayəndəsidir

Məhsullarını təklif etidyimiz markalar

 

automatic-systems  nedap kaba 230 suprema 230 
 honeywell 230  hikvison 230